PAŞA Malls-un portfelindəki ən böyük layihələrdən biri Crescent Ticarət Mərkəzidir. 100-dən çox dünya markasının, ailəvi əyləncənin, yeni konseptli restoranların, oyuncaq və uşaq mağazalarının, ev alış-verişinin, həmçinin sağlamlıq və idman servislərinin təqdim olunacağı ticarət mərkəzimizdə şəhər həyatının nəbzi burada döyünəcək.
Crescent Mall-da Bakının ən yaxşı alış-veriş markalarını kəşf edə biləcəksiniz. Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq Zara Home, Penelope, Medicine, Superstep, Gant, Furla, Melissa kimi markalar ilə burada tanış ola bilərsiniz.
Crescent Mall-un terras ərazisində yerləşən möhtəşəm Crescent Mall fontanı xoreoqrafiyalı su hərəkətlərinin, canlı işıqların və müşayiət olunan musiqi tərtibatlarının harmonik qarışığı vasitəsilə qonaqları valeh etməkdədir. İstər rahat gəzintilər üçün sakit fon kimi, istərsə də sevdiklərinizlə bir axşam keçirməyin mərkəz nöqtəsi kimi - Crescent Mall fəvvarəsi hər yaşdan olan ziyarətçilər üçün unudulmaz təcrübə vəd edir.
Qeyd edək ki, ticarət mərkəzinin şəhərin 3 fərqli istiqamətindən asanlıqla giriş nöqtələri mövcuddur.Bu müasir ticarət mərkəzi sadəcə alış-veriş yeri deyil, həm də sizin rahatlığınız və ehtiyaclarınız nəzərə alınmaqla hazırlanmış geniş xidmətlərə malikdir. Ticarət mərkəzi 35,312 m2-ə qədər icarə sahəsi təklif edir və yeraltı avtodayanacaqda 1000-ə qədər avtomobil yeri var.
Ünvan: Nəsimi rayonu, Neftçilər prospekti, "Aypara Sarayı və Şəhərciyi" 66, 68, Bakı, Azərbaycan
Tel: + 994 12 404 84 64
E-poçt: info.crescentmall@pashamalls.az