İcarə
AZ

Dəniz Mall

Bənzəri olmayan mall

PAŞA Malls-a aid ən yeni layihələrdən biri də 2020-ci ildə fəaliyyətə başlamış Dəniz Mall ticarət və əyləncə mərkəzidir. Möhtəşəm memarlıq konsepsiyası ilə xüsusi diqqət çəkən Dəniz Mall dizayn layihəsi Britaniyanın məşhur arxitektura şirkəti “Chapman Teylor”-a aiddir. Dəniz Mall arxitekturası özündə Azərbaycan gerbində yer alan səkkiz guşəli ulduzu təcəssüm etdirir. Layihə 2021 prestijli "Prix Versailles Africa and West Asiya" sərgisində “Best Mall” mükafatına layiq görülmüşdür. 

Kompleksin ümumi icarə sahəsi 52,088 m2-dir. Binada eksklüziv əyləncə mərkəzləri, 80-dən çox  dünyaca məşhur brend və  beynəlxalq restoranlar yerləşir. 

Xəzərin mavi sularına açılan mənzərəli və ləziz restoranları, Azərbaycanda ilk olan ikimərtəbəli elektrokartinq “FlashKart”, ayaqları yerdən üzən “SkyPark”, balacaların əylənərək öyrəndiyi sevimli “Kinderland”, 4DX texnologiyası ilə filmi canlı-canlı yaşadan Cinema Plus-la Dəniz Mall qəlbləri fəth etməyə davam edir!

Ünvan: Mikayıl Useynov Prospekti 26b, Bakı

Tel.: +994 (12) 525-99-88

E-poçt: Info.DanizMall@pashamalls.az

www.denizmall.az