İcarə
AZ

HAQQIMIZDA

Haqqımızda

2008-ci ildə fəaliyyətə başlamış PAŞA Malls ölkənin ilk və ən böyük ticarət mərkəzləri qrupudur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşməkdədir. 

Qrupun portfelinə Bakının imzası və yeganə lüks ticarət mərkəzi olan – Port Baku Mall; Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında ilklərdən olan - Dəniz Mall; Ölkənin ilk ticarət mərkəzlərindən biri - 28 Mall; Ən böyük beynəlxalq və yerli brend miks destinasiyası - Gənclik Mall; Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall; Şəhərdən kənarda yerləşən, alış-veriş və əyləncə üçün sevimlilərdən biri olan - Şüvəlan Park; Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi - Gəncə Mall daxildir; Və tezliklə bizim səkkizinci ticarət mərkəzimiz – Crescent Mall, öz  qapılarını qonaqlarımızın üzünə açacaqdır.

Vizyonumuz

Vizyonumuz

Biz əsl həyatın, təcrübələrin yaşandığı və xatirələrin paylaşıldığı əyləncə və ticarət mərkəzləri yaratmaqla hər bir azərbaycanlının həyat keyfiyyətini yüksəltməyə çalışırıq.

Missiyamız

Missiyamız

PASHA Malls unudulmaz xatirələr yaradan ən yenilikçi məhsul və xidmətləri təqdim etməklə, qonaqlarına qeyri-adi və unikal alış-veriş təcrübəsi təqdim etməyi əsas amalı hesab edir.

511
Əməkdaşlar

 

Dürüstlük

Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.

 

Gəlirlilik

Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəfimiz olan hər bir strateji qərara stimul verir.

 

Sahibkarlıq ruhu

Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa – digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.

 

Keyfiyyət

Ətrafdakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik – optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.

 

Əməkdaşlıq

Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.