İcarə
AZ

Karyera

Vəzifə:
 

PAŞA Malls Texniki xidmət üzrə nəzarətçi vəzifəsinə namizədlər axtarır.

 

İşin xülasəsi:
 

Texniki xidmət üzrə nəzarətçi ticarət mərkəzində texniki xidmətlərin lazımi qaydada göstərilməsinə və bütün ticarət mərkəzindəki bütün texniki işlərin idarə edilməsinə cavabdehdir. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CVlərini 14 iyul 2024-cü il saat 18.00-dək hr@pashamalls.az ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:
 

  • Müştərilərə yüksək səviyyəli xidmət, onların mümkün şikayətlərini cavablandırmaq üçün mövcud icarəçilərlə işgüzar əlaqələr yaratmaq;
  • Binanın təqdim olunması və istismar xidmətlərinin ən yüksək səviyyədə olmasını təmin etmək. Planlaşdırılmış istismar xidmətləri operativ rejimdə həyata keçirmək;
  • Mülkiyyətə aid bütün avadanlıqlarla və xidmət müqavilələri ilə tanış olmaq;
  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyi, və digər ümumi xarakterli qanunvericiliklə uyğunlaşmanı təmin etmək. Bütün tələb olunan qanuni testləri yerinə yetirmək. Yanğın təhlükəsizliyi testini yerinə yetirmək;
  • İşçi heyətinə nəzarət etmək, onu həvəsləndirmək, iş həcminin normada olmasını və iş keyfiyyətinin qəbul ediləcək səviyyədə olmasını təmin etmək;
  • Mütəmadi olaraq yoxlamalar aparmaq və lazım olduqda təlimlər keçirmək. Ehtiyac olduqda, iş sahələrində təlimlər keçirmək;
  • Yüksək standartlara uyğun xidmətlər göstərərkən, xərclərin nəzərdən keçirmək və mümkün olan yerlərdə xərclərə qənaət etmək;
  • Yerli bazarda rəqib şirkətlərin analoji mərkəzləri və xidmətləri ilə tanış olmaq;
  • Təmizlik və bütün standartların riayət olunduğundan əmin olmaq üçün binanın bütün sahə və yerlərini gündəlik yoxlamaq;
  • İllik texniki büdcənin yaradılması və düzgün idarə edilməsinə dəstək olmaq;
  • Texniki anbarın nəzarətdə saxlanılması və düzgün idarə olunması.

 

Əsas meyarlar:
 

  • Texniki sahədə bakalavr dərəcəsi (elektrik/mexaniki sahələrə üstünlük verilir);
  • Ticarət mərkəzləri, otellər, xəstəxanalar və s.-də texniki idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı;
  • MS Office proqramında mükəmməl işləmək bacarığı;
  • Ticarət obyektlərinin tikintisi və texniki xidmət sahəsində təcrübə;
  • Çevik bir cədvələ əsasən işləmək imkanı;
  • İsitmə və soyutma, yuyulma və balanslaşdırma işləri haqqında texniki biliklərə sahib olma;
  • Ticarət Mərkəzləri mühitində, texniki avadanlıqlar haqqında yüksək səviyyədə bilik və diaqnostika bacarıqlarının olması;
  • Havalandırma və hava balansı, tüstü çıxarma, yanğınla mübarizə, FM200, məişət tullantıları və yağış suyu, təbii qaz paylama və BMS sistemləri haqqında biliyə sahib olmaq;
  • MV, fövqəladə elektrik paylanması, LV paylanması, işıqlandırma və əlaqəli avtomatlaşdırma, aşağı cərəyan, yanğın siqnalizasiya, CCTV, PA, kart girişi, telefon məlumat sistemləri, avtomatlaşdırılmış hesablaşma sistemi və onlar üçün layihə yoxlama prosedurunu yaratmaq bacarığı;
  • Güclü təşkilatçılıq bacarığı;
  • Təzyiq altında təmkinli qalmağı bacarmaq;
  • Mükəmməl danışıqlar aparmaq bacarığı;
  • Əla problem həll etmə bacarığı;
  • Komandanın bir hissəsi kimi işləməyi və özünü motivasiya etmə bacarığı;
  • AutoCAD biliklərinə sahib olmaq, layihənin xüsusiyyətlərini başa düşmək.

 

Şirkət haqqında:

 

PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 8 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.

Qrupun portfelinə daxildir:

Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;

Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall.

Və tezliklə bizim səkkizinci ticarət mərkəzimiz – Crescent Mall, öz qapılarını qonaqlarımızın üzünə açmışdır.

Müraciət edin

CV