İcarə
AZ

Karyera

Vəzifə:

 

PAŞA Malls Əməliyyatlar üzrə Menecer müavini vəzifəsinə namizədlər axtarır.

 

İşin xülasəsi:

 

Əməliyyatlar üzrə Menecer müavini ticarət mərkəzi əməliyyatlarının düzgün işləməsinə əmin olmaq üçün müxtəlif fəaliyyətlərin idarə edilməsinə cavabdeh olacaq. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV‐lərini 15 yanvar 2024‐cü il saat 18.00‐dək hr@pashamalls.az ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:
 

  • Ticarət mərkəzinin ümumi əməliyyat proseslərini o cümlədən idarəetmə, təhlükəsizlik, təsərrüfat işləri, texniki xidmət və avadanlıq məsələlərini idarə etmək;
  • İcarəçilərin və qonaqların bütün tələblərinə cavab vermək üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaq;
  • Ticarət mərkəzinin daxilində və xaricində bütün sahələrə ümumi nəzarət və üzərinə düşən vəzifələrin yerinə yetirilməsi;
  • Bütün əməliyyatlar - təhlükəsizlik və təmizlik, eləcə də üçüncü tərəf işçilərinin nəzarət sistemi nəzarətdə saxlamaq;
  • İcarəçilərə və ticarət mərkəzinin qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Mərkəzi Xidmətinə nəzarət etmək;
  • Daima ərazidə olmaq, problemlər baş verən kimi dərhal onları həll etmək, qabaqlayıcı tədbirləri həyata keçirmək və yuxarı rəhbərliyi  məlumatlandırmaq;
  • Pasha Malls şirkətinin Korporativ dəyərlərini, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini, eləcə də şirkətin digər siyasət və prosedurlarının təşviq etmək və qorumaq;
  • Ticarət Mərkəzinin Meneceri və Əməliyyat üzrə Menecerin tapşırdığı digər işləri yerinə yetirmək.

 

Əsas meyarlar:
 

  • Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı;
  • Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları;
  • Qonaqpərvərlik və ya müştəri xidmətləri sahəsində təcrübə;
  • Yaxşı  müştəri xidmətləri və təşkilatçılıq bacarığı;
  • Yaxşı münasibət bacarığı və işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək;
  • İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək;
  • Güclü təşkilatçılıq və çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı;
  • Əla vaxt idarəetmə və işi prioritetləşdirmək bacarığı;
  • Detallara diqqət və problem həll etmə bacarığı;
  • Daha böyük komandanın bir hissəsi kimi yaxşı işləmək, həm də  müstəqil işləmək bacarığına da sahib olmaq.

 

Şirkət haqqında:

 

PAŞA Malls 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 6 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.

Qrupun portfelinə daxildir:

Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;

Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall;

Və tezliklə bizim səkkizinci ticarət mərkəzimiz - Crescent Mall, öz qapılarını qonaqlarımızın üzünə açacaq.

Müraciət edin

CV